AZ

Xocalıda 8 yaşayış məntəqəsinin elektrik enerjisi təminatı ilə bağlı 8,1 milyon manatlıq işlər görüləcək

Bakı. Trend:

Xocalı rayonunun bir sıra yaşayış məntəqələrində elektrikenerjisi ilə təminatı ilə bağlı işlərə başlanılır.

Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, görüləcək işlər çərçivəsində Xocalı rayonu Almalı,Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq vəQarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsi35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) şəbəkəsi ilətam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunacaq.

Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununlabağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 8,1 milyon manata başa gələcəyiproqnozlaşdırılır.

Məqalədə:
Seçilən
46
1
az.trend.az

2Mənbələr