Cins şalvar demək olar ki, hər kəsin qarderobunda olan geyimlərdəndir.
Pravda.az bildirir ki, düzgün qulluq edilmədikdə parçanın rəngi solur və forması tez pozulur. Sadə qaydalara əməl etməklə cins şalvarın ömrünü uzatmaq mümkündür.
Cins şalvarın baxımı üçün bəzi əsas məsləhətlər bunlardır:
Düzgün temperaturda yuyun - Cins şalvarı paltaryuyan maşında təxminən 40 dərəcə temperaturda yumaq tövsiyə olunur. Açıq və tünd rəngli şalvarları birlikdə yumayın.
Yumşaldıcıdan istifadə etmək olar - Etiketdə göstərilən miqdarda yumşaldıcı istifadə etmək parçaya zərər vermir və şalvara xoş qoxu verir.
Tərsinə çevirərək yuyun - Cins şalvarı yuyarkən tərsinə çevirmək parçanın rənginin daha uzun müddət qorunmasına kömək edir.
Doğru qurudun - Yüksək sürətli quruducudan istifadə etmək mümkün olsa da, şalvarı təbii şəkildə qurumağa qoymaq da məsləhət görülür.
Rəngini qorumağa diqqət edin - Ütüləməzdən əvvəl şalvarın bir qədər nəm olması tövsiyə olunur. Tünd rəngli cins şalvarların rəngini qorumaq üçün onları soyuq suda da yumaq olar.
Əminə Bayramova