AZ

“Məşqçi də daxil olmaqla hamımızın səhvi var” – “Araz Naxçıvan”ın futbolçusu

“Çətin oyun keçdi. Belə məğlubiyyəti gözləmirdik. Məğlub olmaq olar, amma bu cür yox. Yenə də bizim üçün bundan dərs çıxarmaq lazımdır. Rəqib oyuna təzyiqlə başladı. İlk qolu tez buraxmağımız hesabın böyük olmasına səbəb oldu”.

Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə “Qarabağ” oyunu (0:6) sonrası deyib. O, baş məşqçi dəyişikliyindən sonra komandanın qeyri-sabit çıxışına da toxunub:

“Məşqçi dəyişikliyi futbolda normal haldır. Amma məsələ ondadır ki, hər məşqçinin öz istəkləri və oyun fəlsəfəsi var. Ona tez zamanda uyğunlaşmaq lazımdır. Bizim yeni məşqçi ilə vaxtımız elə də çox olmayıb, bəzi şeylər üçün zaman lazımdır”.

Təcrübəli müdafiəçi baş məşqçi Andrey Demçenkonun futbolçuların cərimələnəcəyini deməsinə belə münasibət bildirib:

“Qarabağ”la oyunda belə məğlubiyyət heç kimə xoş deyil. Burada heç kim özünü kənara çəkə bilməz. Təbii ki, məşqçi də daxil olmaqla hamımızın səhvi var. Amma meydanda məsuliyyət futbolçuların üzərindədir. Cərimələnməyimiz normal haldır, başqa cürünü gözləmirdim. Qarşıdakı oyunlarda nəticə çıxarıb qələbə qazanmalıyıq, inşallah”.

Həsən Quluzadə

Seçilən
102
idmanxeber.az

1Mənbələr