
Deputat Kamran Bayramov Latviyada səfərdədir
Milli Məclisin deputatı Kamran Bayramov Latviya Respublikasına səfəri çərçivəsində bu ölkənin səhiyyə naziri Hosams Abu Meri ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Latvia arasında ikitərəfli münasibətlərin inkişafı, xüsusilə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər tibbi təcrübə mübadiləsi, səhiyyə sistemlərinin inkişafı və gələcək birgə layihələr üzrə mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Deputat Kamran Bayramov görüşün səmimi və məhsuldar keçdiyini qeyd edərək, Azərbaycan ilə Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün belə təmasların əhəmiyyətini vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta