AZ

Rusiya ordusu Ukraynada daha 950 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 950 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 274 min 990 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 13 tank, 73 artilleriya sistemi və 7 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
199
20
missiya.az

10Mənbələr