AZ

“İran bizə xəyanət etdi” - Qətərin Baş naziri

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın Fars körfəzi ölkələrinə qarşı hücumlarını sərt tənqid edib.

Missiya.Az xəbər verir ki, o “Sky News” telekanalına müsahibəsində bu addımları böyük xəyanət hissi kimi dəyərləndirib.Siyasətçi bildirib ki, müharibə başladıqdan cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələr raket və dron hücumlarına məruz qalıb.“Bu, böyük xəyanət hissidir. Biz açıq şəkildə bəyan etmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik”, - deyə Al Tani vurğulayıb.O əlavə edib ki, İranın hücumları təhlükəli və səhv hesablamadır.

Baş nazirin sözlərinə görə, Fars körfəzi ölkələri qonşu dövlət kimi Tehrandan belə bir addım gözləmirdi.Al Tani mövcud böhranın həlli üçün diplomatik yolların vacibliyini də qeyd edib. 

Siyasətçi bəyan edib ki, gərginliyə son qoymağın yeganə yolu bütün tərəflərin danışıqlar və diplomatiya masasına qayıtmasıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
60
1
missiya.az

2Mənbələr