Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Respublikasına işgüzar səfərə yola düşüb.
Baş nazir martın 10-da Parisdə keçiriləcək Nüvə Enerjisi Sammitində iştirak edəcək.
Səfərin növbəti mərhələsində, martın 11-də Strasburqa yola düşəcək və burada Avropa Parlamentində çıxış edəcək. Eyni zamanda, Nikol Paşinyan Avropa Parlamentinin prezidenti Roberta Mezzola ilə görüş keçirəcək.