AZ

Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəziəhalinin sağlamlığının qorunması məqsədilə həşəratlarla mübarizəsahəsində kompleks və sistemli tədbirlər həyata keçirir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin Parazitologiya şöbəsinin müdiri vəzifəsini icra edənparazitoloq Aydan Hüseynli açıqlayıb.

Onun sözlərinə görə, bu tədbirlər əsasən sanitar epidemiolojitəhlükəsizliyin təmin olunmasına, həşəratların yayılmasınınqarşısının alınmasına və onların vasitəsilə ötürülən yoluxucuxəstəliklərin profilaktikasına yönəlib:

“İlk növbədə, Mərkəz tərəfindən yaşayış məntəqələrində ictimaibinalarda, təhsil və səhiyyə müəssisələrində sanitar-gigiyenikvəziyyətə mütəmadi nəzarət edilir. Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzi əhalinin sağlamlığını qorumaqməqsədilə həşəratlarla mübarizəni sanitar-epidemioloji tədbirlərinəsas istiqamətlərindən biri kimi həyata keçirir. Bu fəaliyyət“dezinseksiya” adlanır və yoluxucu xəstəliklərin yayılmasınınqarşısının alınmasına yönəlib. Bu məqsədlə, davamlı monitorinq vəmüşahidələr aparılır. Əvvəlcə mütəxəssislər ərazilərdə həşəratların(ağcaqanad, milçək, bit, taxtabiti, gənə, birə və s.) yayılmasəviyyəsini öyrənirlər. Ərazi dedikdə yaşayış məntəqələri, suhövzələrinin ətrafı, məktəb və uşaq bağçaları, xəstəxanalar nəzərdətutulur.

Bu müşahidələr nəticəsində risk zonaları müəyyən edilir vətədbirlər planı hazırlanır. Profilaktik tədbirlər dedikdə nəzərdətutulan xəstəlik yaranmadan qabaq görülən tədbirlər aiddir. Bunlarabataqlıq və durğun suların qurudulması (ağcaqanadların çoxalmasınınqarşısını almaq üçün), əhali arasında gigiyena qaydaları barədəmaarifləndirmə aiddir. Bundan əlavə, zərərli həşəratların məhvedilməsi üçün kimyəvi mübarizə də (Dezinseksiya) aparılır.Dezinseksiyada sertifikatlaşdırılmış insektisid preparatlar tətbiqolunur. Bu preparatlar çiləmə, dumanlama, aerozol üsullarındaistifadə edilir. Bu proseslər insan sağlamlığı üçün təhlükəsizdozalarla və mütəxəssis nəzarəti altında həyata keçirilir. Biolojiüsullar isə bəzi hallarda istifadə edilir. Bu zaman həşəratlarıntəbii düşmənlərindən istifadə olunur. Yəni, suda sürfələri məhvedən bioloji preparatlar tətbiq edilir. Bu üsullar ekoloji baxımdandaha təhlükəsiz hesab olunur. Ocaq müəyyən edildikdən sonra əgərhansısa ərazidə yoluxucu xəstəlik (məsələn, malyariya, leyşmanioz,gənə ilə keçən infeksiyalar və s.) aşkarlanarsa, xəstəlik ocağıətrafında təcili dezinseksiya aparılır. Xəstənin yaşadığı vətəmasda olduğu yerlər xüsusi rejimdə işlənir və təkrar yoxlamalartəşkil olunur. Ən sonda nəzarət və qiymətləndirmə işiaparılır”.

A.Hüseynli qeyd edib ki, aparılan tədbirlərdən sonrahəşəratların sayı yenidən ölçülür, effektivlik qiymətləndirilir,lazım gəldikdə əlavə mübarizə mərhələləri həyata keçirilir:

“Beləliklə, Səhiyyə Nazirliyi Respublika Gigiyena vəEpidemiologiya Mərkəzi həşəratlarla mübarizəni yalnız onları məhvetməklə yox, həm də yayılma səbəblərini aradan qaldırmaq, xəstəlikriskini azaltmaq və əhalinin sanitar-gigiyenik təhlükəsizliyinitəmin etmək məqsədilə kompleks şəkildə həyata keçirir”.

Seçilən
82
7
az.trend.az

8Mənbələr