AZ

Ursula Fon der Lyayen: Trans Xəzər dəhlizi təkcə Avropaya deyil, həm də sülhə aparan bir yol ola bilər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 9 mart, AZƏRTAC

Trans-Xəzər dəhlizi təkcə Avropaya deyil, həm də sülhə aparan bir yol ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen söyləyib.

O deyib ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi kimi strateji layihələr barədə düşünmək lazımdır: “İlk baxışdan onun məqsədi Mərkəzi Asiya ilə Avropa arasında səyahət müddətini 30 gündən 15 günə endirməkdir, lakin bu layihənin daha çox əhəmiyyəti var. Bu dəhliz Cənubi Qafqazda əvvəllər düşmən olan dövlətləri birləşdirəcək və onları Avropaya bağlayacaq".

Ursula Fon der Lyayenin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra kömür və dəmir Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də problemli bölgədə ticarət və əməkdaşlığı normaya çevirə və təkcə Avropaya deyil, həm də sülhə gedən bir yola çevrilə bilər: "Mənim fikrim sadədir. Afrika və ya Yaxın Şərqdə olduğu kimi, bu bölgədə də investisiyalarımız təsir gücünə və təmsilçiliyə malik olduğumuz deməkdir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azertag.az

1Mənbələr