Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir səfər görüntülərini sosial şəbəkələrdə paylaşıb.
Martın 10-da Parisdə Paşinyan Nüvə Enerjisi üzrə Sammitdə iştirak edəcək.
Ertəsi gün, martın 11-də baş nazir Strasburqa yollanacaq və Avropa Parlamentində çıxış edəcək.
Səfər çərçivəsində, həmçinin Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüş də planlaşdırılıb.