AZ

Paşinyan Fransaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Fransaya gedib.

APA xəbər verir ki, o, səfər görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Martın 10-da Parisdə Paşinyan Nüvə Enerjisi üzrə Sammitdə iştirak edəcək.

Ertəsi gün, martın 11-də baş nazir Strasburqa yollanacaq və Avropa Parlamentində çıxış edəcək.

Səfər çərçivəsində, həmçinin Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüş də planlaşdırılıb.

Seçilən
39
2
apa.az

3Mənbələr