AZ

“Arka Sokaklar”ın Rıza babasında üzücü xəbər

Türkiyənin uzunömürlü teleseriallarından biri olan "Arka Sokaklar"da canlandırdığı “Rıza baba” obrazı ilə tanınan məşhur aktyor Zafer Erginin səhhəti ilə bağlı xəbər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, məlumata görə, 83 yaşlı sənətçi son günlər səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin açıqlamasında bildirilib ki, aktyorun orqanizmində maye balansının kəskin azalması müşahidə olunub. Bununla yanaşı, onun viral infeksiyaya da yoluxduğu qeyd edilir. Hazırda Zafer Ergin həkim nəzarəti altındadır və müalicəsi davam etdirilir. Sənətçinin vəziyyətinin stabil olduğu bildirilir.

Uzun illərdir televiziya tamaşaçılarının sevimlisinə çevrilən aktyor 2006-cı ildən etibarən yayımlanan Arka Sokaklar serialında polis rəisi Rıza Soylu obrazını canlandırır və bu rol onu Türkiyədə ən tanınan televiziya simalarından birinə çevirib.

Qeyd edək ki, Zafer Ergin 30 avqust 1942-ci ildə Türkiyədə dünyaya gəlib. O, teatr səhnəsi, kino və televiziya layihələri ilə yanaşı, həm də səsləndirmə sənətçisi kimi fəaliyyət göstərib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr