AZ

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı tədbir təxirə salındı

BAKI, 10 mart. TELEQRAF

Ümumdünya Antidopinq Agentliyi (WADA) 18-19 martda Bakıda keçirilməsi planlaşdırılan Avropa üzrə Regional Simpoziumu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb.

Bu barədə Teleqraf-a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

Simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verib.

WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.

Seçilən
77
9
teleqraf.com

10Mənbələr