AZ

SEPAH ABŞ-a meydan oxudu: Bir litr belə neft buraxmayacağıq...

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) davam edən münaqişə zamanı regiondan ABŞ-a və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə heç bir neft ixracına icazə verməyəcəyini elan edib.

Musavat.com xəbər verir bunu korpusun sözçüsü general Əli Məhəmməd Naini açıqlayıb.

Tasnim xəbər agentliyi onun açıqlamasını yayıb: "ABŞ-ın İrana qarşı hazırkı təcavüzü nəzərə alınmaqla, İslam Respublikasının silahlı qüvvələri növbəti xəbərdarlığa qədər regiondan düşmənə və onun tərəfdaşlarına bir litr də olsun neft ixracına icazə verməyəcək".

Generalın sözlərinə görə, İran "bölgənin neft ehtiyatlarını və təhlükəsizliyini qorumağa hazırdır".

Əli Məhəmməd Naini vurğulayıb ki, İran ordusu Hörmüzdə Amerika donanmasını gözləyir: "İran Silahlı Qüvvələri Amerika Hərbi Dəniz Qüvvələrinin və USS Gerald Ford təyyarədaşıyan gəmisinin Hörmüz boğazına gəlməsini səbirsizliklə gözləyir".

Onun sözlərinə görə, əslində "Amerika gəmiləri və bütün qırıcı təyyarələri güclü İran raketlərindən və dronlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafədə yerləşdirilib".

Naini həmçinin qeyd etdi ki, İran ordusu "müharibəni genişləndirməyə hazırdır" və müharibənin nə vaxt bitəcəyinə Tehran qərar verəcək.

Musavat.com

 

Seçilən
81
2
musavat.com

3Mənbələr