ain.az, Reyting.az saytına istinadən bildirir.
“Donald Tramp Vladimir Putinə zəng etdi. Tramp böyük bəla içindədir”.
Reyting.az xəbər verir ki, bunu kiprli jurnalist Aleks Xristofor sosial platformadakı “X” hesabında ABŞ prezidenti Donald Trampın İrana zərbə endirdikdən sonra yaranan çətinliklərlə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə zəng etməsinə münasibət bildirərkən yazıb.
Jurnalistin fikrincə, Ağ ev ABŞ-ın İrana uğursuz zərbəsindən sonra Moskvadan dəstək istəyib.
Onu da qeyd edək ki, bu arada Rusiya prezidenti Vladimir Putin Müctəba Xamnəini İranın ali dini lideri seçilməsi münasibətilə təbrik edib. Putin telefon söhbətində Rusiyanın Tehrana davamlı dəstəyini bir daha təsdiqləyib.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.