AZ

İran bunu etsə, 20 dəfə artıq zərbələrlə üzləşəcək - Tramp

Tehran Hörmüz boğazından neft tədarükünə müdaxilə edərsə, ABŞ İrana zərbələrinin intensivliyini 20 dəfə artıracaq.

Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla prezident Donald Tramp Truth Social-da çıxış edib: "Əgər İran Hörmüz boğazından neft tədarükünü dayandırmaq üçün bir şey edərsə, ABŞ onlara əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək".

O, həmçinin ABŞ-ın "yumşaq hədəflərə hücum edəcəyini" və bundan sonra İranın "faktiki olaraq özünə gələ bilməyəcəyini" qeyd edib.

O, belə bir ssenaridə İranın "ölüm, od və qəzəb"lə üzləşəcəyinə inanır: "Ümid və dua edirəm ki, bu baş verməsin. Bu, ABŞ-ın Çinə və Hörmüz boğazından istifadə edən bütün ölkələrə bir hədiyyəsidir. Ümid edirəm ki, bu jest minnətdarlıqla qarşılanacaq".

Musavat.com

Seçilən
46
7
musavat.com

10Mənbələr