AZ

"Tasnim": İran Bəhreyndəki ABŞ aviabazasına zərbə endirib

BAKI, 10 mart. TELEQRAF

İran qüvvələri Bəhreyndə yerləşən ABŞ aviabazasına raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum Bəhreyndə yerləşən ABŞ-nin Şeyx-İsa aviabazasına qarşı həyata keçirilib.

Agentlik bildirir ki, bombardmandan sonra bazada güclü yanğın baş verib.

“Tasnim”in məlumatına əsasən, hücumun hədəfi ABŞ hərbçilərinin yaşadığı yataqxana olub.

Hadisə nəticəsində dəyən zərər və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Seçilən
28
teleqraf.com

1Mənbələr