AZ

QHT sədri  “Global Red Carpet Awards” mükafatına layiq görülüb - FOTOLAR

Aydın Xəlilov “Global Red Carpet Awards” mükafatına layiq görülüb.

7 mart 2026-cı il tarixində Bakı şəhərində yerləşən Pullman Baku - Badamdar Hotel and Residencesdə Caspian Events şirkətinin təşkilatçılığı ilə beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fərqlənən şəxslər və təşkilatlar iştirak edib. Mərasimə 10 ölkədən nümayəndələr qatılaraq öz sahələrində əldə etdikləri uğurlara görə mükafatlandırılıblar.

QHT.AZ xəbər verir ki, mükafat alanlar arasında “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin rəhbəri Aydın Xəlilov da yer alıb. O, 22 illik fəaliyyəti ərzində əlillik hərəkatına verdiyi mühüm töhfələrə, inklüziv cəmiyyətin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və sosial təşəbbüslərinə görə “Global Red Carpet Awards” beynəlxalq mükafatına layiq görülüb.

Aydın Xəlilov həmçinin İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzinin yaradılması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə də xüsusi olaraq təltif edilib.

“Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzi fiziki və mental məhdudiyyəti olan uşaqların psixososial reabilitasiyası, sosial adaptasiyası və fərdi inkişafının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. Mərkəzdə uşaqlar üçün psixoloji dəstək, erkən müdaxilə proqramları, sosial bacarıqların inkişafı və müstəqil həyata hazırlıq istiqamətində müxtəlif xidmətlər həyata keçirilir.

Mərkəzin əsas məqsədi əlilliyi olan uşaqların potensialını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və ailələrə psixoloji və sosial dəstək göstərməkdir.

“Global Red Carpet Awards” mükafatı Aydın Xəlilovun illər ərzində sosial sahədə apardığı ardıcıl fəaliyyətin və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi kimi dəyərləndirilir.

Tədbir çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndələr sosial təşəbbüslər, humanitar layihələr və ictimai fəaliyyət sahəsində əldə olunmuş nailiyyətlər barədə fikir mübadiləsi aparıblar.

Ekspertlərin fikrincə, bu mükafat Azərbaycanda inklüziv cəmiyyətin inkişafı və əlilliyi olan şəxslərin müstəqil həyat imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.

 

Seçilən
39
qht.az

1Mənbələr