AZ

Müşavirlərindən İranla bağlı Trampa tövsiyə: Çıxış yolu...

ABŞ prezidenti Donald Trampın müşavirləri ona ictimai dəstəyi qorumaq üçün İrana qarşı müharibədən çıxış yolu axtarmağı tövsiyə edirlər.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb.

Mənbələrin sözlərinə görə, Amerika lideri Tehranın təslim olmaqdan imtina etməsindən təəccüblənir.

Prezidentin yaxın ətrafı hesab edir ki, hərbi münaqişədən çıxmaq üçün bir plan hazırlayıb onu ABŞ ordusunun bəyan etdiyi məqsədlərə çatmasının nəticəsi kimi təqdim etmək lazımdır.

WSJ qeyd edir ki, İrana qarşı əməliyyata onsuz da aşağı səviyyədə olan ictimai dəstək, uzunmüddətli münaqişəyə çevrilərsə, daha da azala bilər. Trampın ştatdankənar iqtisadi müşaviri Stiven Mur qəzetə bildirib ki, "qaz və neft qiymətləri artdıqda, hər şey artır: “Mal və xidmətlərin bahalaşmasının mövcudluğu artıq problem olduğundan, bu yeni qiymət artımları daha ciddi problemlərə səbəb olacaq".

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr