AZ

Rusiya ilə aramızda bu ölkə olmalıdır Orban

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Macarıstanla Rusiya arasında başqa bir dövlətin mövcud olması Budapeşt üçün vacibdir.

Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin təhlükəsizliyi ilə bağlı danışarkən deyib.

“Biz Ukraynanın zəifləməsində deyil, güclənməsində maraqlıyıq ki, Rusiya ilə Macarıstan arasında həmişə nəsə olsun – buna hətta Ukrayna da demək olar”, – deyə o bildirib.

Orban əlavə edib ki, Rusiyanın Macarıstanın qonşusu olmaması ölkənin təhlükəsizliyinə zəmanət verə bilər. O qeyd edib ki, Kiyev Macarıstanın dəstəyinə ümid edə bilər, lakin Ukraynanın Avropa Birliyinə qəbul olunmasını istəmədiklərini vurğulayıb.

Baş nazirin sözlərinə görə, Ukraynanın dörd tələbi var: müharibəni dəstəkləmək, maliyyə yardımı vermək, Rusiya enerji resurslarından imtina etmək və ölkəni Avropa Birliyinə qəbul etmək. O bildirib ki, Macarıstan hökuməti bu tələblərin heç birini yerinə yetirmək istəmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
axar.az

1Mənbələr