ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən Respublikaçıların Milli Konqresindən sonra Venesuela restoranı El Arepazo-ya baş çəkib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qqolf klubunda keçirilən ziyafətdən sonra hava limanına gedərkən yaxınlıqdakı restoranda dayanıb.
"Biz Air Force One üçün yemək alacağıq", - deyə Amerika lideri izah edib.
Orada o, sahibi, işçi heyəti və müştərilərlə söhbət edib. ABŞ prezidentinin Venesuela restoranında alqışlar ilə qarşılandığı bildirilir.
Tramp El Arepazo-da təxminən beş dəqiqə vaxt keçirib.