"Hizbullah"a qarşı əməliyyat zamanı İsrail ordusu Livanda 700-dən çox hədəfə zərbə endirib, o cümlədən Beyrut ərazisindəki 35 çoxmərtəbəli binaya hücum edib.
Publika.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü general Efi Defrin brifinqdə açıqlayıb.
"Qüvvələrimiz Hizbullaha qarşı gecə-gündüz ciddi hücum əməliyyatları aparır. İndiyə qədər 700-dən çox Hizbullah hədəfinə zərbə endirmişik", - deyə o bildirib.