AZ

KİV: Tramp Müctəba Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib

BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Seyid Müctəba Hüseyni Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp köməkçilərinə bildirib ki, əgər İranın ali lideri ABŞ-nin tələblərini, o cümlədən ölkənin nüvə silahı proqramından imtina etməsini qəbul etməzsə, onun öldürülməsini dəstəkləyə bilər.

Məlumatda qeyd olunur ki, məsələ ilə bağlı Ağ ev rəsmi şərh verməkdən imtina edib.

Bundan əvvəl RT-nin Tehran bürosunun rəhbəri Hami Hamedi paytaxtda minlərlə insanın Müctəba Xameneiyə dəstək göstərmək üçün küçələrə çıxdığını bildirmişdi.

Seçilən
99
teleqraf.com

1Mənbələr