AZ

İraq İranda atəşkəs üçün Yaxın Şərq Aİ alyansının yaradılmasını təklif edib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İraq Yaxın Şərqdə davam edən silahlı qarşıdurmanın dayandırılması üçün region ölkələri və Avropa İttifaqını birləşdirən diplomatik alyansın yaradılmasını təklif edib.

APA xəbər verir ki, bu təşəbbüslə İraqın Baş naziri Məhəmməd əs-Sudani çıxış edib.

“Region ölkələrini və Avropa İttifaqını bir araya gətirəcək, əsas məqsədi hərbi əməliyyatların dərhal dayandırılması olan diplomatik alyansın yaradılmasına çağırırıq”, – deyə Sudani bildirib.

İraq hökumətinin başçısı əlavə edib ki, qonşu dövlətlərin, o cümlədən İran və ərəb ölkələrinin suverenliyinin pozulması qəbuledilməzdir.

O, münaqişə tərəflərini xoş qonşuluq prinsiplərinə əməl etməyə və BMT Nizamnaməsinə riayət etməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
1
apa.az

2Mənbələr