AZ

“Onları batırmaq daha əyləncəlidir” – Tramp İran donanması barədə danışdı

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlar barədə sərt və diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp İranın dəniz qüvvələrinin faktiki olaraq məhv edildiyini iddia edib və ABŞ hərbçilərinin bəzi hallarda gəmiləri ələ keçirmək əvəzinə batırmağı üstün tutduqlarını bildirib.

ABŞ prezidenti deyib ki, Vaşinqton İsraillə birlikdə hərbi əməliyyatlar zamanı İranın hərbi imkanlarına ciddi zərbə vurub: “İsrailli tərəfdaşlarımızla birlikdə düşməni sarsıdırıq və texnoloji üstünlüyümüzü göstəririk. İranın dron və raket imkanları tamamilə məhv edilir. Onların donanması artıq yoxdur – 46 gəmi okeanın dibindədir”.

Tramp bildirib ki, bəzi hallarda İran gəmilərini ələ keçirmək mümkün olsa da, hərbçilər onların batırılmasını daha məqsədəuyğun sayıb: “Mən soruşdum: bu hansı gəmi idi, yüksək səviyyəli idimi? Niyə sadəcə ələ keçirmədik? Onu istifadə edə bilərdik. Niyə batırdınız?”

Onun sözlərinə görə, hərbçilər bu suala belə cavab veriblər: “Dedilər ki, onları batırmaq daha əyləncəlidir. Həqiqətən belə dedilər. Onlar deyirlər ki, belə daha təhlükəsizdir”.

 

Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr