AZ

1 qaşıq içən 5 il öskürmür

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son günlər qrip və soyuqdəymə hallarının artması ilə öskürək də bir çox insanın gündəlik probleminə çevrilib. Belə hallarda bəzi insanlar illərdir istifadə olunan təbii üsullara üz tutur. Xalq arasında “nənə resepti” kimi tanınan bəzi qarışıqların boğazı yumşaltmağa və öskürəyi azaltmağa kömək etdiyi bildirilir.Demokrat.az xəbər verir ki, öskürək tənəffüs yollarında toplanan yad maddələri, mikrobları və infeksiyaları xaric etmək üçün orqanizmin göstərdiyi təbii müdafiə refleksi hesab olunur. Adətən soyuqdəymə, qrip və virus infeksiyaları nəticəsində yaranır. Bununla yanaşı allergiya, siqaret, hava çirkliliyi və bəzi xroniki xəstəliklər də öskürəyə səbəb ola bilər.Qış aylarında zəifləyən immun sistemi və soyuq hava bu problemin daha çox yayılmasına şərait yaradır.Bal, zəncəfil, limon, alma sirkəsi, soğan, kəklikotu və çörəkotu kimi təbii məhsullar boğazı yumşaltmağa, bəlğəmi azaltmağa və immun sistemini dəstəkləməyə kömək edə bilər. Lakin hər kəsin orqanizmi fərqli olduğundan bu üsulların təsiri də dəyişə bilər. Uzun müddət davam edən və ya güclü bəlğəmlə müşayiət olunan öskürək zamanı həkim məsləhəti almaq vacib sayılır.Təbii vasitələr arasında ən çox istifadə edilən reseptlərdən biri ballı-limonlu qarışıqdır. Bunun üçün 1 xörək qaşığı bal, yarım limonun suyu və 1 stəkan ilıq su qarışdırılır. Qarışığı gün ərzində 2–3 dəfə içmək boğazı sakitləşdirməyə kömək edə bilər. Balın antibakterial xüsusiyyəti, limonun isə antioksidant təsiri olduğu bildirilir.Digər məşhur üsullardan biri zəncəfil çayıdır. 1–2 santimetr təzə zəncəfil doğranaraq 1 stəkan qaynar suya əlavə edilir və təxminən 10 dəqiqə dəmlənir. İstəyə görə içinə 1 çay qaşığı bal qatmaq mümkündür. Zəncəfilin iltihabəleyhinə xüsusiyyətə malik olduğu və bəlğəmin azalmasına kömək etdiyi qeyd edilir.Bu cür təbii qarışıqlar bəzi hallarda simptomları yüngülləşdirsə də, onları müalicənin tam əvəzi kimi qəbul etmək düzgün deyil. Sağlamlıqla bağlı ciddi və uzunmüddətli şikayətlər olduqda həkimə müraciət etmək ən doğru addım sayılır.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
demokrat.az

1Mənbələr