AZ

“Azərbaycanda yaxşı nəticələr qazanırıq - Bu, gündəlik zəhmətin nəticəsidir”

“Klubda xüsusi dövr yaşayırıq.

Burada çalışan hər kəs diqqətli və məqsədlərimizə çatmaq üçün maksimum səylə çalışmalı olduğumuzu dərk edir”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın braziliyalı futbolçusu İqor Noqeyra ölkəsinin mətbuatına açıqlamasında deyib.

30 yaşlı müdafiəçi mövsümün sonuna qədər mübarizə aparacaqlarını bildirib:

“Sabah”a ötən mövsüm qoşuldum və klub tarixində ilk titulun qazanılmasına kömək etdim. Bu, xüsusi hiss idi və onu yenidən yaşamaq istəyirəm.

Hazırda liqaya liderlik edirik, yaxşı oyun göstəririk və nəticələr qazanırıq. Bu, gündəlik zəhmətin nəticəsidir.

Amma eyni tempdə davam etmək üçün ikiqat çox çalışmalı olduğumuzu bilirik”.

Seçilən
69
sportinfo.az

1Mənbələr