İtaliya A seriyasında 28-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Latsio” öz meydanında “Sassuolo”nu qəbul edib. Matç paytaxt klubunun qələbəsi ilə yekunlaşıb.
“Latsio” - “Sassuolo” - 2:1
Qollar: Maldini, 2 (1:0), Lauriente, 35 (1:1), Marusiç, 90+2 (2:1)
Bu qələbə sayəsində xallarının sayını 37-yə çatdıran “Latsio” turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Sassuolo” isə 38 xalla 9-cu pillədədir.