Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ İrana qarşı hərbi əməliyyatın səkkiz günü ərzində 11 ədəd "MQ-9 Reaper" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) itirib.
Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ-nin iki rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, daha əvvəl amerikalı hərbçilər daha iki PUA itirib ki, bu da ümumi itkilərin sayını 11-ə çatdırıb.
Qeyd edək ki, "MQ-9 Reaper" ABŞ ordusu tərəfindən kəşfiyyat, müşahidə və dəqiq zərbələr endirmək üçün istifadə olunur. Ekspertlərin hesablamalarına görə, belə bir PUA-nın dəyəri təxminən 30 milyon dollar təşkil edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.