ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Ölkəni motorlu deltaplanda tərk edən Ukrayna vətəndaşı Rumıniyada sərhədçilər tərəfindən saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir, ona qarşı dövlət sərhədini qanunsuz keçmə və hava nəqliyyat vasitəsini icazəsiz idarə etmə maddələri ilə cinayət işi qaldırılıb.
Adı açıqlanmayan 31 yaşlı ukraynalının bu üsulla xaricə qaçmasına səbəb onun hərbi xidmətdən yayınmasıdır. Rumıniya ilə sərhəd yaxınlığından havaya qalxan kişi Freteutsiy Vek yaşayış məntəqəsi yaxınlığında sağ-salamat eniş etsə də, dərhal ələ keçib.
Qeyd edək ki, hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçanlarla bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Hərdən belələri ağlagəlməz yollara əl atırlar. Məsələn, dekabrda bir ukraynalının qaz borusu vasitəsilə bir neçə nəfəri ölkədən çıxarmaq cəhdinin üstü polis tərəfindən açılmışdı.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.