AZ

Rusiya çempionatında maraqlı hadisə

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Həftə sonu futbol üzrə Rusiya çempionatında 20-cu turun oyunları keçirilib. 

525.az xəbər verir ki, turnir cədvəlinin ilk 5 pilləsində qərarlaşan komandaların heç biri qələbə qazana bilməyib.

Belə ki, lider "Krasnodar" "Rubin"ə məğlub olub - 1:2. İkinci pillədəki "Zenit" də bu hesabla "Orenburq"a uduzub. 3-cü yerdə qərarlaşmış "Lokomotiv" və 5-ci pillənin sahibi "Baltika" uyğun olaraq "Axmat" (2:2) və "Rostov"la (1:1) heç-heçə oynayıb. O ki qaldı 4-cü yerdəki ÇSKA komandasına, paytaxt təmsilçisi "Dinamo" tərəfindən darmadağın edilib - 1:4.

Xal itkilərinə baxmayaraq, turnir cədvəlinin ilk 5 pilləsində dəyişiklik olmayıb. 

Maraqlıdır ki, bənzər hadisə 2023/24-cü illər mövsümünün 15-ci turunda da qeydə alınmışdı. Amma o vaxt ilk "beşlik"də qərarlaşan komandalardan ikisi - "Krasnodar"la "Zenit" bir-biri ilə oynamış və görüş 1:1 hesabı ilə başa çatmışdı.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
525.az

1Mənbələr