AZ

Qəribabadi: “Pekin, Moskva və Paris atəşkəs üçün Tehranla təmasdadır”

Çin, Rusiya və Fransa atəşkəs üçün Tehranla əlaqə saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Qəribabadi məlumat yayıb.

Bir neçə ölkə, o cümlədən Çin, Rusiya və Fransa regionda yaranmış hərbi gərginliyi azaltmaq və atəşkəsə nail olmaq məqsədilə Tehranla diplomatik təmaslara başlayıb. İran rəsmisi bildirib ki, beynəlxalq güclər münaqişənin daha da genişlənməməsi üçün danışıqlar aparılmasında maraqlıdırlar.

Qəribabadi vurğulayıb ki, İran tərəfi atəşkəs imkanlarını nəzərdən keçirmək üçün konkret şərt irəli sürüb. Onun sözlərinə görə, istənilən razılaşma üçün ilk növbədə İrana qarşı həyata keçirilən hərbi hücumlar tamamilə dayandırılmalıdır. “Atəşkəs üçün birinci şərt İrana qarşı gələcək hücumların dayandırılmasıdır”, – deyə nazir müavini əlavə edib.

Hazırda Tehranın bu tələbi fonunda diplomatik müzakirələrin davam etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr