AZ

NYT: İran ABŞ-ın gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

İran ABŞ Prezidenti Donald Trampın administrasiyasının gözlədiyindən daha çox hərbi əməliyyatlara hazır olduğunu nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin fikrincə, münaqişənin ilk həftəsində ABŞ və İsrail tərəflərində qeydə alınan itkilərin sayı, həmçinin İranın Ali Lideri Əli Xameneinin ölümündən sonra belə döyüşlərin davam etməsi Tehranın müharibəyə daha hazırlıqlı olduğunu göstərir.

Eyni zamanda, ABŞ rəsmiləri münaqişə davam etdiyi təqdirdə, itkilərin artacağını gözlədiklərini bildiriblər.

Seçilən
33
ikisahil.az

1Mənbələr