AZ

MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB... Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ İranla müharibədə məqsədlərinə böyük ölçüdə nail oldu. Hesab edirəm, müharibə geniş anlamda bitib. Onların nə donanması, nə hava qüvvələri, nə də rabitə əlaqələri var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Amerikanın CBS News kanalına  müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlrinə görə, İranla müharibə tezliklə bitəcək: "Biz 4-5 həftəlik müddətlik plana vaxtından daha tez çatdıq".

Tramp İranın yeni lideri Müctəba Xameneyinin seçilməsini isə qəbuledilməz sayıb: "Ona deyəcək  sözüm yoxdur. Heç nə".

ABŞ prezidenti Xamneyinin yerinə namizədi olub-olmaması barədə suala gəldikddə isə "Belə bir düşüncəm var", - deyib.

ABŞ prezidenti Tramp dünyaya axan neft tranzitində mühim rol oynayan Hörmüz boğazına nəzarəti ələ almağı da düşündüyünü gizlətməyib: "Belə bir plan var"

Tramp İran haqqında deyib: "Onlar atacaqları hər şeyi atəşə tutublar, şirin danışmağa çalışmamaları daha yaxşı olar, əks halda bu ölkə məhv olacaq".

Samir MUSAYEV

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
mia.az

1Mənbələr