AZ

ABŞ-nin daxili işlər naziri: Venesuelada Trampa heykəl qoyulacaq...

Nazir bildirib ki, hakimiyyət dəyişikliyi və Vaşinqton ilə əməkdaşlıqdan sonra venesuelalılar Donald Trampı “azadlıq simvolu” kimi qiymətləndirə bilər...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam açıqlamasında bildirib. Onun sözlərinə görə, Venesuelada hakimiyyət dəyişikliyi baş verdikdən və ölkə ABŞ ilə iqtisadi əməkdaşlığa başladıqdan sonra yerli əhali ABŞ Prezidenti Donald Trampın şərəfinə heykəl ucalda bilər.

Berqam qeyd edib ki, Venesuela paytaxtı Karakasda ABŞ investisiyalarına ölkənin yenidən açılması müsbət qarşılanır. Nazir bildirib ki, yerli əhali iqtisadiyyatın uzun illər davam edən məhdudiyyətlərdən sonra bərpa olunmasını mühüm dəyişiklik kimi qiymətləndirir.

“Venesuelada insanlar prezident Trampın heykəlini böyük azadlaşdırıcı kimi qoymağı planlaşdırırlar, çünki o, iki onillikdən artıq müddətdən sonra ölkənin iqtisadiyyatını yenidən açdı”, deyə Berqam vurğulayıb.

Nazirin sözlərinə görə, o, yaxın zamanda Karakasa səfər edib və səfər çərçivəsində Venesuelanın neft və dağ-mədən sənayesinin bərpası məsələləri müzakirə olunub. Berqam bildirib ki, tərəflər ölkənin təbii ehtiyatlarının daha effektiv istifadə olunması və xarici investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

O əlavə edib ki, ötən həftə Venesuelada mineral ehtiyatların ixracı üçün ilk lisenziyalar verilib və artıq təxminən 100 milyon ABŞ dolları dəyərində qızıl partiyası ixrac edilib. ABŞ rəsmisinin sözlərinə görə, Venesuela böyük həcmdə faydalı qazıntı ehtiyatlarına malikdir və yalnız qızıl ehtiyatlarının ümumi dəyərinin təxminən 500 milyard dollar ola biləcəyi ehtimal olunur.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr