ain.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə “demək olar ki, başa çatıb” və Vaşinqtonun əvvəlcədən proqnozlaşdırdığı 4–5 həftəlik müddətin çoxu geridə qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News”un müxbiri Veycia Cianq məlumat paylaşıb. O, X hesabında yazıb ki, Tramp telefon müsahibəsində ona belə deyib:
“Düşünürəm ki, müharibə demək olar ki, bitib. Onların donanması yoxdur, rabitələri yoxdur, hava qüvvələri yoxdur”.
Cianq həmçinin qeyd edib ki, Tramp İranın yeni dini lideri hesab edilən Müctəba Xamenei barədə danışarkən belə deyib:
“Ona çatdıracağım heç bir mesaj yoxdur”.
Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail hərbi qüvvələri İran ərazisində bir sıra hərbi və strateji obyektlərə qarşı əməliyyata başlayıb. Bundan sonra regionda gərginlik sürətlə artıb və tərəflər arasında qarşılıqlı zərbələr qeydə alınıb.
Münaqişənin baş verdiyi dövrdə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti daha da kəskinləşib, bir sıra ölkələr hava məkanını məhdudlaşdırıb və hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Eyni zamanda beynəlxalq təşkilatlar və bir çox dövlətlər tərəfləri gərginliyi azaltmağa və diplomatik həll yollarına qayıtmağa çağırıblar.
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.