AZ

Putin və Tramp telefonla danışıb

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub, tərəflər beynəlxalq vəziyyəti və Ukrayna münaqişəsini müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə "RIA Novosti" Agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Uşakov bildirib ki, iki ölkə lideri arasında baş tutan telefon danışığı təxminən bir saat davam edib və bu dialoq ABŞ tərəfinin təşəbbüsü ilə təşkil olunub. Söhbət zamanı tərəflər hazırkı beynəlxalq vəziyyət, qlobal təhlükəsizlik məsələləri və bir sıra regional proseslər barədə fikir mübadiləsi aparıblar.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Putin və Tramp gələcəkdə də müntəzəm əlaqə saxlanılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, liderlər arasında baş tutan bu telefon danışığı Rusiya və ABŞ arasında münasibətlərin gələcək inkişafı və iki ölkə arasında əməkdaşlıq baxımından praktiki əhəmiyyət daşıyacaq.

Yuri Uşakov əlavə edib ki, Putin telefon danışığı zamanı ABŞ prezidenti ilə söhbətində Rusiya Silahlı Qüvvələrinin Ukraynada müharibədə irəliləyiş əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl The New York Times qəzetinə verdiyi müsahibədə bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar tərəflərin bu prosesi ciddi şəkildə davam etdirmək niyyətində olduğu təqdirdə martın 9-15-i tarixləri arasında yenidən davam etdirilə bilər.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr