AZ

Trampla Putin arasında aylar sonra ilk danışıq: İran müzakirə etdilər

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə eediblər.

Təxminən bir saat davam edən söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar.

Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib. Rusiya lideri ABŞ-ın və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Seçilən
86
5
publika.az

6Mənbələr