ABŞ Qərbi Afrika ölkəsi üzərində təyyarə və dronların kəşfiyyat uçuşlarının bərpasına imkan verəcək razılaşma üzrə Mali ilə danışıqların son mərhələsindədir.
"Ölkə.az" bu barədə TASS-a istinadla xəbər verir.
Xoşməramlı bir jest olaraq, Vaşinqton ötən ay əvvəllər bir neçə yüksək vəzifəli Mali rəsmisinə qarşı tətbiq edilmiş sanksiyaları ləğv edib. Bu da ölkə hökumətinin qoyduğu əsas şərtdir.
ABŞ-ın kəşfiyyat məlumatlarını toplamağı bərpa etmək cəhdi qonşu Nigerdə xristian missioner təşkilatında işləyərkən silahlı qruplar tərəfindən qaçırılan amerikalı pilotun axtarışı ilə əlaqələndirilir. Məlumata görə, pilot Malidə beynəlxalq terror təşkilatı Əl-Qaidə ilə əlaqəli olan radikal qrup Camaat Nusrat əl-İslam vəl-Müslimin tərəfindən qaçırılıb .
Yeddi minə qədər döyüşçüsü olan Camaat Nusrat əl-İslam vəl-Müslimin Malidə fəaliyyət göstərən ən nüfuzlu və ən böyük radikal qruplardan biridir.
Elvin
Ölkə.az