AZ

SON DƏQİQƏ: Tramp Putinə zəng etdi - İran ətrafındakı vəziyyət müzakirə olundu

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat yayıb.

Uşakovun sözlərinə görə, telefon danışığı zamanı tərəflər beynəlxalq vəziyyətin hazırkı inkişafını, xüsusilə də Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər.

O bildirib ki, Putin Trampa İran ətrafında yaranmış münaqişənin mümkün tənzimlənməsi ilə bağlı bəzi təklif və mülahizələrini çatdırıb. Bu yanaşmalar, əsasən, Rusiya liderinin Fars körfəzi ölkələrinin rəhbərləri ilə apardığı son danışıqların nəticələrinə əsaslanır.

Kreml rəsmisinin sözlərinə görə, tərəflər regionda vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və diplomatik yollarla həll imkanlarını da müzakirə ediblər. Telefon danışığında Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin və İranla bağlı proseslərin qlobal sabitliyə təsiri də diqqət mərkəzində olub.

Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr