AZ

BƏƏ-də hərbi helikopter qəzaya uğradı: 2 hərbçi öldü

BƏƏ-də hərbi helikopter qəzaya uğradı: 2 hərbçi öldü

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) texniki nasazlıq səbəbindən hərbi helikopterin düşməsi nəticəsində 2 hərbçinin həyatını itirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Açıqlamada hərbi helikopterin milli vəzifələrini yerinə yetirdiyi zaman texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilib. Helikopterin düşməsi nəticəsində BƏƏ ordusunun 2 hərbi qulluqçusunun həlak olduğu qeyd edilib.

Hadisə ilə əlaqədar həyatını itirən hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı mesajı ünvanlanıb. Rəsmi qurumlar qəzanın baş vermə şəraitini araşdırmaq üçün xüsusi komissiya yaradıblar.

Seçilən
37
afn.az

1Mənbələr