AZ

ABŞ–İran müharibəsi neft bazarını sarsıtdı: tarixdə ən böyük tədarük pozuntusu

ABŞ və İran arasında hərbi qarşıdurma qlobal enerji bazarına ciddi təsir göstərib. Münaqişə dünya neft tədarükündə indiyədək qeydə alınmış ən böyük pozuntu kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, “Rapidan Energy” konsaltinq şirkətinin təhlilinə görə, ABŞ-nin İrana hücumu nəticəsində neft tədarükündə yaranan fasilə tarixdə ən böyük göstərici olub. Bildirilir ki, bu pozuntu 1950-ci illərdə Yaxın Şərqdə baş verən böhran zamanı qeydə alınmış əvvəlki rekorddan iki dəfədən çoxdur.

Məlumata əsasən, ABŞ və İsrailin hücumlarının başlamasından sonra cəmi 9 gün ərzində dünya üzrə neft tədarükünün təxminən 20 faizi pozulub. Bunun əsas səbəbi isə tanker hərəkətinin strateji əhəmiyyətə malik Hörmüz boğazında demək olar ki, dayanmasıdır.

Enerji bazarındakı gərginlik fonunda xam neftin qiyməti də kəskin artaraq bir barel üçün 100 dollardan yuxarı qalxıb. Analitiklər hesab edir ki, Hörmüz boğazı vasitəsilə daşımaların bərpa olunmaması vəziyyətində qiymətlərdə artım davam edə bilər.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr