"Turan Tovuz" Misli premyer-liqasının 23-cü tur matçında "Neftçi"yə qalib gəldi - 1:0.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi.
- Qələbə üçünvü yer uğrunda iddianı nə dərəcədə ortaya qoydu?
- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat matçıolmasının fərqi yoxdu. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.
- Adətən əvəzetmələr zamanı hücumçunu hücumçuyla əvəzləyirsiz. Bu dəfə həm İbrahima Vaci, gəm də Joarlem Batista meydanda qaldı. Halbuki hesabda irəlidə idiz...
- Vaci fiziki baxımından yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.
- "Turan Tovuz" kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verə bilərmi? Hər iki turnirdə irəliləməyə gücünüz çatacaqmı?
- Heç bir fərqi yoxdu. İkisi də eyni dərəcədə əhəmiyyət daşıyır.
- "Turan Tovuz" artıq neçə oyundu ki, qol buraxmır. Bu uğurun sirri nədi?
- Bu suala cavab vermək çətindi. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Olmasaydı, başqa məsələ... Amma təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdu.
- Qarşıda çempionluq hədəfi var? "Sabah"dan cəmi 9 xal geridəsiz...
- Hər dəfə eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta