AZ

Mema Rusiyanın qələbəsini elan etdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün azalması Rusiyanın qələbəsinə gətirib çıxaracaq.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” siyasi qrupunun nümayəndəsi Armando Mema bildirib.

Siyasətçi sosial şəbəkədəki X hesabında yazıb ki, Yaxın Şərqdə artan gərginlik səbəbindən Kiyevə göndərilən zenit-raket sursatlarının azalması Volodimir Zelenski üçün ciddi nəticələr yarada bilər. Onun sözlərinə görə, son illərdə Ukraynanın aldığı raketlərin sayı kifayət qədər məhdud olub.

“Zelenski çox ağır nəticə çıxarmağa məcburdur. Dörd il ərzində Ukrayna cəmi 600 zenit raketi alıb. Bu arada İranla qarşıdurmanın cəmi bir neçə günü ərzində İsrail 800 oxşar sursat sərf edib. Bu, dönüş nöqtəsidir. Kiyevin zenit idarə olunan raketlərinin ciddi çatışmazlığı Rusiyanın qaçılmaz və tam qələbəsi deməkdir”, – deyə Mema bildirib.

O hesab edir ki, mövcud vəziyyətdə Ukrayna rəhbərliyinin qarşısında çətin seçim dayanır və Kiyevin Moskva ilə birbaşa dialoqa getməsi ehtimalı arta bilər.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
3
globalinfo.az

4Mənbələr