AZ

Əlacsız qalan sakinlərin şikayətinə niyə baxılmır? – VİDEO

Xırdalan şəhəri, Nizami küçəsində içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Aidiyyəti qurum əməkdaşları əraziyə baxış keçirsələr də, problem hələ də aradan qaldırılmayıb.

“Heç kəs problemə məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovurlar. Ev suyun içindədir, belə olmaz axı”, – deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edilib ki, şəhər ərazisində hər hansı qəza halının qarşısının alınması üçün qazıntı işlərinin aparılması məqsədilə aidiyyəti qurumlardan icazə alınması mütləqdir. Vurğulanıb ki, sözügedən ünvanda bir neçə gün əvvəl yaranmış çətinlik barədə idarə məlumatlıdır və hazırda qəza qrupu tərəfindən müvafiq işlər aparılır. /baku Tv/

 

Seçilən
67
6
nocomment.az

7Mənbələr