AZ

İran yığmasının futbolçuları SOS siqnalı verdilər: Sığınacaq istəyirlər

İranın qadınlardan ibarət milli komandası Avstraliyada keçirilən qrup mərhələsinin son oyunundan sonra stadionu tərk edərkən avtobusda kömək üçün əl işarələri ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Israel Hayom” məlumat yayıb.

Matçdan əvvəl dövlət himnini oxumaqdan imtina etdikləri üçün onları öz ölkələrində sərt cəza gözləyir.

Milli komanda ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl Avstraliyaya yola düşmüşdü və ilk oyunları müharibə başladıqdan sonra, 2 martda baş tutmuşdu. Məhz o zaman komanda özünü medianın diqqət mərkəzində tapdı -Cənubi Koreyaya qarşı oyundan (0-3) əvvəl İranın qadın futbolçuları dövlət himninin səsləndirilməsi zamanı səssizcə dayandılar.

İdmançıların davranışı İran hakimiyyətinə etiraz kimi qəbul edildi. İranın özündə oyunçuların hərəkətləri xəyanət adlandırıldı və ciddi araşdırma tələb edildi.

Seçilən
74
publika.az

1Mənbələr