“Real” klubunun müdafiəçisi Alvaro Karreras UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə matçda iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə,bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Martın 9-da 22 yaşlı futbolçu tibbi müayinədən keçirilib və nəticədə sağ baldır əzələsində zədələnmə aşkar edilib. Futbolçunun bərpa müddəti hələlik dəqiq bilinmir, lakin klubun tibbi heyəti onun qarşıdakı matçda meydana çıxmasını qəti şəkildə qadağan edib.
Cari mövsümdə Karreras “kremli” komandası ilə 34 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə həyata keçirib. “Real”ın heyətində vəziyyət kritik həddə çatıb: əsas oyunçular – Kilian Mbappe, Rodriqo, Eduardu Kamavinqa, Alvaro Karreras və Cude Bellinqhem – “Mançester Siti” ilə matçları buraxma riski ilə üzləşir.