AZ

Premyer Liqada bazar dəyəri aşağı düşən futbolçular kimlərdir?

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Premyer Liqada bazar dəyəri aşağı düşən futbolçular kimlərdir?

"Transfermarket" portalının analitikləri İngiltərə Premyer Liqasının bazar dəyəri ən çox aşağı düşən futbolçularının reytinqini dərc ediblər.

QOL.az xəbər verir ki, siyahıya "Liverpul"un isveçli mərkəz hücumçusu Aleksander İsak başçılıq edir. Onun bazar dəyəri 20 milyon avro azalıb. Hazırda skandinaviyalı forvard 100 milyon avro məbləğində qiymətləndirilir.

Reytinqdə növbəti yerləri dəyəri 10 milyon avro aşağı düşən bir qrup ulduz futbolçular bölüşür:

Bukayo Saka ("Arsenal") - 120 mln avro

Koul Palmer ("Çelsi") - 110 mln avro

Martin Edeqor ("Arsenal") - 65 mln avro

Rodri Ernandes ("Mançester Siti") - 65 mln avro

Kristian Romero ("Tottenhem") - 50 mln avro

Xavi Simons ("Mançester Siti") - 50 mln avro

Entoni Elanqa ("Nottingem Forest") - 40 mln avro

Deyan Kuluşevski ("Tottenhem") - 35 mln avro

Qeyd edək ki, bu siyahıda Rodri və Edeqor kimi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan oyunçuların yer alması onların bazar dəyərinə birbaşa təsir göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
qol.az

2Mənbələr