Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində" VAZ-21010" və "Great Wall" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.