ABŞ Prezidenti Donald Tramp İranda ali dini lider postuna Müctəba Xameneinin seçilməsi ilə bağlı ilk açıqlamasını verib. O bildirib ki, bu qərardan məmnun deyil.
"Yeni Sabah" bildirir ki, İranda ali dini rəhbəri seçən qurum olan Ekspertlər Şurası ölkənin əvvəlki lideri Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneini yüksək səs çoxluğu ilə yeni dini lider seçib.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında “Müctəba Xameneinin seçilməsindən məmnun deyiləm” deyə bildirib. O, daha əvvəl də ehtimal olunan varis barədə danışarkən belə bir seçimin Vaşinqton üçün qəbuledilməz ola biləcəyini vurğulamışdı.
Tramp əvvəlki çıxışlarından birində qeyd etmişdi ki, Müctəba Xameneinin hakimiyyətə gəlməsi atasının siyasətinin davamı demək ola bilər və bu, gələcəkdə ABŞ ilə İran arasında yeni gərginlik yarada bilər.
Qeyd edək ki, Müctəba Xamenei 17 sentyabr 1969-cu ildə Məşhəd şəhərində anadan olub. O, dini təhsilini əsasən Qum şəhərində alıb və şiə fiqhi üzrə yüksək səviyyəli dini təhsilə malikdir. 1980–1988-ci illərdə baş vermiş İraq müharibəsi zamanı o, İranın könüllü hərbi təşkilatı olan "Basij" sıralarında xidmət edib.
Rəsmi dövlət vəzifəsi olmasa da, 2000-ci illərin ortalarından etibarən Müctəba Xameneinin adı İran siyasətində daha çox hallanmağa başlayıb. Bəzi analitiklər onun "Islamic
Revolutionary Guard Corps" daxilində müəyyən təsirə malik olduğunu və siyasi proseslərə dolayısı ilə təsir göstərdiyini iddia edirlər.
Buna baxmayaraq, o, uzun illər ictimaiyyət və mediadan uzaq həyat sürməsi ilə tanınır və şəxsi həyatı haqqında açıq məlumatlar məhduddur./Demokrat.az
Telegram kanalımız